İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
SAĞLAMLIQ
10:39 13.01.2026
460
İnsult beynin qan dövranının qəfil pozulması nəticəsində yaranan və həyati təhlükə yaradan vəziyyətdir.
 
AZXEBER.COM xəbər verir ki, beynin damarlarından biri tıxandıqda, qan axını dayandıqda (işemik insult) və ya damar partlayarkən qan sızdıqda (hemorragik insult) beyin hüceyrələri zədələnir. Bunun nəticəsində insanın nitqində, hərəkətində, yaddaşında və ümumi funksiyalarında ciddi dəyişikliklər yarana bilir. İnsult zamanı vaxt itirmək böyük fəsadlara səbəb olduğundan erkən müayinə və müalicə xüsusi önəm daşıyır.

İnsult şübhəsi olan şəxslərdə vaxt itirmədən bir sıra müayinələr aparılır. İlkin qiymətləndirmə üçün ixtisaslı həkim müayinəsi, qanaxma olub-olmadığını müəyyən etmək üçün beynin kompüter tomoqrafiyası (KT), beyin toxumasının zədələnmə dərəcəsini daha dəqiq görmək üçün maqnit rezonans tomoqrafiya (MRT), beyin damarlarında tıxanıqlığın olub-olmamasını aşkarlamaq üçün angioqrafiya, EKQ və ürək müayinələri, şəkər, laxtalanma, elektrolitlər və digər göstəriciləri bilmək üçün laborator testlər aparılır. Bu müayinələr insultun işemik və ya hemorragik növü olduğunu dəqiqləşdirməyə və düzgün müalicəni seçməyə imkan verir.
OXŞAR XƏBƏRLƏR