“İnter” ardıcıl 4-cü dəfə mərhələ keçdi

İDMAN
02:20 10.07.2015
1756

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə,qarşılaşmalardan biri də Bakıda keçirilib.

Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” öz meydanında Albaniya “Laçi”sini sınağa çəkib.

Ötən həftə səfərdə keçirdiyi qarşılaşmada qollu heç-heçəyə (1:1) nail olan bakılılar əldə etdiyi cüzi üstünlüyü qorumağa nail olublar.

Belə ki, Zaur Svanadzenin yetirmələri qol vurmadan da mərhələ adlaya biliblər. Bu, səfərdə vurulan qol sayəsində mümkün olub.

Ardıcıl 3 mövsüm I təsnifat mərhələsini uğurla keçən “İnter” “Laçi” səddini də adlayaraq, uğurlu seriyasını 4-ə çatdırıb.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

"İnter" (Azərbaycan) - "Laçi" (Albaniya) - 0:0

Hakimlər: Aleksandr Əliyev, Sergey Vassyutin, Samat Terqussizov, Denis İzmaylov (hamısı Qazaxıstan)

Bakı. “İnter Arena” stadionu

“İnter”:Səlahət Ağayev (k), Xuanfran, Laşa Kasradze, Zurab Xizanişvili, Abbas Hüseynov, Nizami Hacıyev, Nika Kvekveskiri, Mirsayib Abbasov, Mirhüseyn Seyidov, Fuad Bayramov, Rauf Əliyev,

Ehtiyat oyunçular:Giorgi Lomaya, Sertan Taşkın, Denis Silva, Mansur Nəhavəndi, Elnur Süleymanov, Fomenko, İlkin Sadiqov

Baş məşqçi:Zaur Svanadze

“Laçi”:Vuyadinoviç, Çela, Şeta, Doku, Sefgyini, Vuçay, Meto, Nimani, Teqya, Veliay (k), Adeniyi

Ehtiyat oyunçular:Moçka, Baqariç, Bardhi, Ndreca, Mitray

Baş məşqçi:Armando Kunqu

İlk oyun – 1:1

OXŞAR XƏBƏRLƏR