‘İnter’ Azərbaycanı rüsvay edə bilər: Futbolçular ‘Atletik’lə oyuna çıxmayacaqlar

İDMAN
01:15 05.08.2015
4929

Cəmi iki gün sonra Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Atletik”lə matça çıxacaq “İnter”də vəziyyət yenidən kritikləşib. Səbəb isə yenə puldu.

Bakı klubunun futbolçuları rəhbərliyə “maaşlarımızı verməsəz, “Atletik”lə oyuna çıxmayacağıq” ultimatumu veriblər. Bu xəbəri “futbol11.az” saytı yayıb.

Onsuz da “bankirlər”in vəziyyəti əvvəldən məlum idi. Klubun keçmiş futbolçularına böyük məbləğdə borcu var. İndi isə məlum olur ki, yeni müqavilə bağlanılan futbolçular da iki ayağını bir başmağa dirəyib, pullarını tələb edirlər. Amma indiki vəziyyət birbaşa ölkənin imicinə zərbə vura bilər. Axı “İnter” hansısa çempionat oyununa yox, Avroliqa matçına çıxmağa hazırlaşır. Futbolçuların üsyanı Azərbaycanın rüsvay olması ilə nəticələnə bilər.

“İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Komanda.az-a açıqlamasında vəziyyətin kritik olduğunu gizlətmədi:

“Maliyyə problemi var, bunu danmaq olmaz. Rəhbərlik futbolçularla görüşüb söhbət edib. Yaxın günlərdə həll ediləcəyini bildiriblər. Məndə olan məlumat bundan ibarətdi”.

OXŞAR XƏBƏRLƏR