“İnter” “Buzlar ölkəsi”ni fəth etdi

İDMAN
03:05 17.07.2015
1338
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “İnter” səfərdə İslandiya klubu “Hafnarfyordur”un qonağı olub.
İlk mərhələdə Albaniyanın “Laçi” klubunu mübarizədən kənarlaşdıran bakılılar (1:1, 0:0) II təsnifat mərhələsində də eyni uğuru qazanmağa çalışır.
Hafnarfyordurun eyniadlı təmsilçisi Azərbaycan klubları üçün tanış rəqibdi. Belə ki, 10 il əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi” İslandiya klubunu hər iki matçda məğlub etmişdi – 2:0, 2:1.
İlk hissədə komandaların hücum səyləri nəticə vermədi və rəqiblər fasiləyə qolsuz bərabərliklə yollandılar. İkinci hissədə isə azarekşlər 3 qol izlədilər.
Əvvəlcə ev sahibləri penalti zərbəsi ilə hesabı açdı. 54-cü dəqiqədə Kvekveskiri Rauf Əliyevə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirdi. Bu epizodda rəqib qapıçı qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu.
Təmsilçimizin qələbə qolu isə 61-ci dəqiqədə Dieqo Martinsdən gəldi.
Beləliklə, səfərdə qələbə qazanan "bankirlər" cavab qarşılaşması üçün böyük üstünlük qazandılar.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
“Hafnarfyordur” (İslandiya) – “İnter” (Azərbaycan) - 1:2
Qollar: Qudnason, 39 (pen.) - Kvekveskiri, 54 (pen.), Dieqo Martins, 61
Qırmızı vərəqə: Oskarsson, 50 ("Hafnarfyordur")
Hakimlər: Mikael Leryo, Daniel Qustavsson, Maqnus Syoblom, Kristoffer Karlsson (hamısı İsveç)
Hafnarfyordur. “Kaplakrikavalyur” stadionu
“Hafnarfyordur”: 1. Robert Oskarson, 5. Petur Vidarsson, 15. Qudman Torisson, 20. Kassim Dumbia, 21. Bödvar Bödvarson, 8. Emil Pallson, 9. Torarin Valdimarsson, 10. David Vidarsson, 13. Byarni Vidarsson, 26. Conatan Hendriks, 11. Atli Qudnason
Ehtiyat oyunçular: 12. Finnboqason, 4. Tillen, 16. Consson, 22. Servi, 23. Qudmundsson, 17. Byornsson, 18. Finboqason
Baş məşqçi: Haymir Qudyonson
“İnter”: 25. Səlahət Ağayev, 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 19. Mirhüseyn Seyidov, 13. Mirsahib Abbasov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Denis Silva, 22. İlkin Qırtımov, 15. Yan Polyak, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko, 23. Dieqo Martins
Baş məşqçi: Zaur Svanadze
OXŞAR XƏBƏRLƏR