''İnter''-''Neftçi'' matçını idarə edəcək hakimlər məlum oldu
İDMAN
14:24 04.12.2012
1140
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 6-da Milan şəhərində keçiriləcək "İnter" (İtaliya) - "Neftçi" oyununu idarə edəcək hakimlər müəyyənləşib.AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Emir Aleckovic, onun köməkçiləri isə Dalibor Draskovic və Hrvoje Turudic olacaq. Dördüncü hakim Senad Ibrisimbegovicdir.