Premyer Liqanın hazırki lideri Bakının "İnter" klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama matçına çıxacaq.
"Bankirlər" bu dəfə Rusiya təmsilçisi "Amkar"la üz-üzə gələcək.
Dünən ilk yoxlama matçına çıxan Kaxaber Sxadadzenin komandası rəqibi ilə bərabərə qalmışdı. Almaniyanın "Aalen" klubu ilə oyun 1:1 hesabı ilə başa çatmışdı.
Qeyd edək ki, "İnter" - "Amkar" oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.//qol.az