Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 12-ci turun oyunlarına yekun vurulub. Son oyun günündə 4 görüş baş tutub. “Sumqayıt” lider “İnter”i qəbul edib. Bu mövsüm bir çox favoritləri büdrətmiş sumqayıtlılar "bankirlər"ə də uduzmayıb. Çempionatın digər lideri “Simurq” “Turan”ın qonağı olub. Hesabı Zaqatala klubu açsa da, sonda tovuzlular məğlubiyyətdən xilas ola bilib.“Qarabağ” AZAL-la münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu ilk dövrədə böyük hesabla uduzduğu bu rəqibini iki cavabsız qolla yenib. “Xəzər Lənkəran” isə “Rəvan”la qarşılaşıb. Meydan sahibləri darmadağına seviniblər.“Xəzər Lənkəran” – “Rəvan” 4:0Qollar: A.Pit, 10 (1:0), D.Sialmas, 12 (2:0), S.Tounkara, 33 (3:0), D.Sialmas, 70 (4:0)“Qarabağ” – AZAL 2:0M.Muarem, 59 (1:0), V.Cavadov, 65 (2:0)“Sumqayıt” – “İnter” 0:0“Turan” – “Simurq” 1:1Qollar: S.Polyak, 33 (0:1), F.Quliyev, 79 (1:1)