"İnter" yeni transferini açıqladı

"İnter" yeni transferini açıqladı
İDMAN
19:58 26.08.2021
933
İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZXEBER.COM Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu argentinalı Xoakin Korrea ilə anlaşıb.

27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Xoakin Korrea son olaraq İtaliyada "Latsio"nun formasını geyinib.
OXŞAR XƏBƏRLƏR