Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün növbəti yoxlama matçını keçirib.Paytaxt təmsilçisi bu dəfə komandamız Qazaxıstanın "Ordabası" komandasıyla qarşılaşıb.Xatırladaq ki, "İnter" bunadək keçiridiyi üç yoxlama oyununda Almaniyanın "Aalen" (0:0) və Ukraynanın "Metallurq" (1:1) komandaları ilə bərabərə qalıb, "İnqolştad"a (Almaniya") isə 1:3 hesabı ilə uduzub. Qazaxlarla matçda Azərbaycam təmsilçisi 2013-cü ildə ilk qələbəsini qazanıb. Oyunda qollar 1-ci dəqiqədə Samir Zərgərov, 22-ci dəqiqədə isə baxışda olan seneqallı Momar Ndaye vurub.30 yanvarYoxlama oyunu"İnter"-"Ordabası"- 2:0Qol: