"İnter"i məğlub edən "Trabzonspor" "İstanbul Bələdiyyə"yə boyun əydi (VİDEO)

İDMAN
17:08 18.09.2011
1603

Türkiyə Super Liqasında II turun oyunlarına start verilib.

İlk günündə 2 qarşılaşma baş tutub.

"Fənərbaxça" "Qaziantepspor"un qonağı olub. Oyunun qəhrəmanı "Sarı-lacivərdli" formada 300-cü oyununa çıxan Aleks olub. Hesabı 28-ci dəqiqədə meydan sahiblərindən Olcan açıb. 35 və 54-cü dəqiqələrdə Aleks iki qol vurub. 70-ci dəqiqədə kapitan penaltidən yararlana bilməyiğ. Oyunda son nöqtəni "Fənərbaxça"nın yeni transferi Henri Bienvenu qoyub - 3:1. Bu "Fənər"in ardıcıl 10-cu səfər qələbəsi olub.Öz meydanında "Antalyaspor"u qəbul edən "Kayserispor" turu xalsız başa vurub. Qonaqların futbolçusu Necati Ateşin matçın 84-cü dəqiqəsində vurduğu qol yeganə olub və "Antalyaspor" səfərdən qələbə ilə ayrılıb.Dünən daha 3 oyun baş tutub. "Gənclərbirliyi" evdə "Karabükspor"u 2:1 hesabı ilə yenib. Debütant "Orduspor" "Manisaspor"u tək qolla keçib. Çempionlar Liqasının səfər oyununda Milan "İnter"ini yenən "Trabzonspor" isə ev oyununda "İstanbul BB"yə məğlub olub. "Trabzonspor"un məğlubiyyətinə səbəb olan qola 87-ci dəqiqədə Pierre Vebo imza atıb.Turun üç oyunu bu gün, biri sabah keçiriləcək.TürkiyəSuper LiqaII tur16 sentyabrKayserispor - Antalyaspor 0:1Qol: Necati Ateş, 84.Qaziantepspor - Fənərbaxça - 1:3Qollar: Olcan Adin, 28 - Aleks, 35; 54. Henri Bienvenu, 81.17 sentyabr19.30 Gənclərbirliyi - Karabükspor22.00 Orduspor - Manisaspor22.00 Trabzonspor - İstanbul BB18 sentyabrGənclərbirliyi - Karabükspor 2:1Qollar: Yasin Öztekin, 19. Hursut Meric, 38 - Luton Şelton, 49.Orduspor - Manisaspor 1:0Qol: Boqdan Stanku, 11.Trabzonspor - İstanbul BB 0:1Qol: Pierre Vebo, 87.19 sentyabr

22.00 Beşiktaş - Ankaragücü

/// fanat

OXŞAR XƏBƏRLƏR