Avropa Liqadakı təmsilçilərimiz "Neftçi" və "İnter"in növbəti mərhələdəki rəqiblərinin adları bəlli olub.Avropa Liqasının III təsnifat mərhələsinin püşkatmasının nəticələrinə görə, “Neftçi” (Azərbaycan) - "Koper" (Sloveniya) cütlüyünün qalibi “Bursaspor” (Türkiyə) - “Çixura” (Gürcüstan) cütlüyünün qalibi ilə qarşılaşacaq.“Elfsborq” (İsveç)/“İnter” (Azərbaycan) cütlüyünün qalibi isə “Neman” (Belarus) – “Hafnarfyordur” (İslandiya) cütlüyünün qalibi ilə üz-üzə gələcək.Türkiyənin Avropa Liqasındakı digər klubu “Karabükspor” (Türkiyə) “Rusenborq” (Norveç) – “Sliqo Rovers” (İrlandiya) cütlüyünün qalibi ilə mübarizə aparacaq.