'İnternet Jurnalistika Klubu' Avrasiya Universitetində

18:48 04.04.2013
1567
“Internet Jurnalistika Klubu” layihəsi Avrasiya Universitetində
Azərbaycan Maarifçi Gənclər Təşkilatı AR Cənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirlən “Internet Jurnalistika Klubu” layihəsi çərçivəsində tele-jurnalist Günay Malikqızı gənc jurnalistlərə İnternet jurnalistika anlayışı, onun ənənəvi jurnalistikadan fərqi, müasir dövrdə İnternet xəbər portallarının inkişafını şərtləndirən amillər, İnternet xəbər portalının işinin təşkili, portalda “ciddi” və “sarı” xəbərin mütənasibliyi kimi məsələrə dair təlim keçir.Növbəti dəfə təlimlər Bakı Avrasiya Universitetinin 4-cü kurs jurnalistika fakultəsi tələbələri arasında aparıldı. Çaraqlı diskussiyalar fonunda keçən təlimlərdə həm də gənc jurnalistləri maraqlandıran suallar da cavablandırıldı. Artıq 160 nəfərə yaxın gəncin iştirak etdiyi təlimlər davam edir. 1 İyuna kimi davam edəcək təlimlər 240 nəfəri əhatə edəcdir
OXŞAR XƏBƏRLƏR