“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" Şirvanda

“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" Şirvanda
İQTİSADİYYAT
14:31 20.11.2018
5690
Azercell-in təşəbbüsü ilə 355 nəfərə internetdən təhlükəsiz istifadənin təlimi keçirilib

Uşaqların və yeniyetmələrin internetdə təhlükəsizliyinin təmin edilməsi, onların internetin zərərli təsirlərindən qorunması hazırda həm yerli, həm də beynəlxalq qurumların diqqət mərkəzindədir. Birləşmiş Millətlər Təşkilatının ekspertləri uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan qanunların qəbulunu da təklif edirlər. Ölkəmizdə isə "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və 2020-ci ildə qüvvəyə minəcək.

Fəaliyyəti boyu uşaqların müdafiəsinə yönəlmiş çoxsaylı layihələr ilə çıxış edən "Azercell Telekom" MMC də kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alaraq ötən ildən Bakı və regionlarımızın bir çox məktəblərində yüzlərlə şagird, müəllim və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərə başlayıb. Növbəti 3 günlük təlim Şirvan şəhəri 18 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideylərini əhatə edən təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. 355 nəfərin iştirakı ilə baş tutan təlimlərdə məktəblilər, onların valideynləri və müəllimlərinə şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyyələr, uşaqlar üçün yaradılmış resursların siyahıları, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim olunub. Ümumillikdə təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində

şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir.

Qeyd edək ki, Azercell şirkəti 2 il bundan öncə uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn "Universal Müdafiə”, "Android üçün müdafiə” və "Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı "Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
20:12 03.07.2025
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
20:08 03.07.2025
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
Sezenin yeni çıxan albomu dünya sıralamasında
19:59 03.07.2025
Sezenin yeni çıxan albomu dünya sıralamasında
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
19:42 03.07.2025
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
19:34 03.07.2025
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
19:24 03.07.2025
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub