‘İnternet televiziyaların hamısı həvəskar qismində çıxış edir’ - MÜSAHİBƏ

‘İnternet televiziyaların hamısı həvəskar qismində çıxış edir’ - MÜSAHİBƏ
MEDIA
09:09 05.06.2012
1609

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli iyunun 4-də “Media forum” saytının suallarını cavablandırıb. AZXEBER.COM portalı həmin müsahibəni təqdim edirik:

- Ötən həftə Sloveniyada Avropa Şurası dövlətlərinin televiziya və radio yayımı üzrə tənzimləyici qurumlarının illik toplantısında iştirak etmisiz. Toplantıda nələr müzakirə edildi? - Bu, tənzimləyici qurumlarının illik tolantısıdır. İldə iki dəfə keçirilir. Toplantının qərarları üzv ölkələr üçün məcburi deyil, tövsiyə xarakterlidir. Burada televiziya və radio yayımı ilə bağlı mövcud problemlər müzakirə olunur. Ən çox müzakirə olunan məsələlər yeni media, televiziyanın, internetin imkanlarının birləşdirilməsi, rəqəmsal yayıma keçid, teleradio yayımında ictimai maraqların izlənməsi, gözlənilməsidir. Son iclasda da sadalananlara, xüsusilə bu sahədə hüquqi məsələlərə toxunuldu. - Bu istiqamətdə qanunvericilik bazası işlənirmi, hər hansı nəzarət mexanizminin tətbiqi gözlənilirmi? - EPRA-nın (Avropa Şurasına üzv dövlətlərin televiziya və radio yayımı üzrə tənzimləyici qurumlarının beynəlxalq təşkilatı – red.) toplantısında ciddi müzakirə edilən əsas məsələlərdən biri məhz hüquqi tənzimlənmədir. İnternet mediası tənzimlənsin, yoxsa tənzimlənməsin? Hazırda heç bir tənzimləmə mexanizmi yoxdur. Belə bir mexanizmi tətbiq etmək də asan məsələ deyil. Avropa ölkələri birlikdə qərar verməlidir. Televiziya efir, kabel, internet, mobil cihazlar vasitəsi ilə yayımlanan fəaliyyət sahəsidir. Birinin tənzimlənib digərinin tənzimlənməməsi sual doğurur. Bir qayda tətbiq edilməlidir. Bu suallar hələ ki, cavabsızdır. Avropa Şurasında da müzakirələr davam edir. Azərbaycan hökuməti bununla bağlı hər hansı sənəd üzərində işləmir. - Bəs özünüz internet televiziyasının imkanlarını necə qiymətləndirirsiniz? - Hesab edirəm ki, internetlə televiziyanın imkanları getdikcə birləşəcək. Bunun üçün vahid mexanizmlər işlənəcək. - Ölkədə rəsmi internet televiziyası varmı? - İnternet televiziyalarının sayı çoxdur. Amma hamısı həvəskar qismində çıxış edir. - Ölkədə xarici radiokanalların FM dalğasında yayımlanması üçün hər hansı danışıqlar gedirmi? - Bu məsələ birdəfəlik həllini tapıb. Ölkədə hüquqi bərabərlik yaratdıq. Əvvəllər bir neçə ölkənin radiokanalı yayımlanırdı. Bəzi ölkələr də bu hüquqdan istifadə etmək istədilər. Ona görə də xarici ölkələr üçün yayım hüququ tamamilə ləğv edildi. “Televiziya və radio yayımı” haqqında qanunda göstərilir ki, Azərbaycan Respublikasına aid tezliklərdə yalnız milli yayımçılar fəaliyyət göstərə bilər. - May ayının 1-dən milli telekanallarda xarici serialların yayımına qadağa qoyuldu, yerli istehsalın yayımına başlanıldı. Yerli istehsalın inkişafına dəstək məqsədilə dövlət vəsait ayrılıb. Keyfiyyətə necə, nəzarət varmı? - Arzulayırıq ki, ayrılan vəsaitlə keyfiyyətli seriallar ortaya qoyulsun. Amma son sözü tamaşaçılar deyəcək, keyfiyyətlidir, ya yox. Tamaşaçı zövqü telekanalları keyfiyyətli məhsul təqdim etməyə sövq edəcək. Yalnız keyfiyyətli məhsul onlara reytinq və reklam gətirə bilər. Telekanallar arasında yaranan rəqabət onları daha məsuliyyətli çalışmağa məcbur edəcək. - Bir müddət öncə Milli Televiziya və Radio Şurası quruma əlavə səlahiyyətlərin verilməsini istəmişdi. Konkret hansı səlahiyyətlərdən söhbət gedir? - İctimaiyyətin maraqları ilə üst-üstə düşməyən, milli-mənəvi dəyərlərə uyğun olmayan verilişlərin müvəqqəti olaraq dayandırılması üçün səlahiyyət istəmişik. Bu üsulları tətbiq etməklə televiziyaları həmin verilişləri hazırlanmaqdan çəkindirmək mümkündür. Amma bu barədə hələ ki, yenilik yoxdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib