İnternetdə çılpaq şəkilləri yayımlanan müğənni jurnalisti məhkəməyə verir - EKSKLÜZİV
17:04 31.05.2012
4121
Xəbər verdiyimiz kimi, Azərbaycanlı müğənni Mehrimin internetdə açıq-saçıq fotoları yayılıb. Jurnalist Aynur Babayeva müğənninin dəniz kənarında çimərlik geyimində fotolarını çəkib. Fotoların mətbuatda yayımlanması müğənnin narazılığına səbəb olub və o jurnalisti məhkəməyə verəcəyini bildirib. Bu haqda AZXEBER.COM-a danışan jurnalist deyib: "Mən müğənni Mehrimin şəkillərini dənizkənarında çəkdim. Sonra da saytlara verdim ki, 95 kq olan müğənni arıqlayaq 52 kq olub. Sonra bu xəbər digər KİV-lərə yayıldı. Mehrim də mənimlə əlaqə saxladı və məni məhkəməyə verəcəyini bildirdi. Dedi ki, şəkillərimi icazəsiz çəkmisən. Jurnalist müğənnidən üzr istəməyəcəyini bildirib: "O müğənnidir və belə şeyləri normal qarşılamalıdır. O gündəlik həyatda da açıq-saçıq geyinir. Mən Mehrimdən üzr istəməyəcəyəm". AZXEBER.COM məhkəmə predmeti olan fotoları təqdim edir.