İnternetdə oynayarkən doğdu, uşağı boğdu

MARAQLI
13:50 06.04.2012
3066

26 yaşlı qadın körpəsini öldürdükdən sonra yenidən oyuna davam edib

Cənubi Koreyada tükürpədici hadisə baş verib. İnternet aludəçisi gənc hamilə qadın internetdə oyun oynayarkən körpəsini dünyaya gətirib. Polisin məlumatına görə, hər gün oyun oynamaq üçün evinin yaxınlığındakı internet kafeyə gedən 26 yaşlı qadının doğum sancısı elə kompüter başında olarkən başlayıb. Kafenin ayaqyolunda körpəsini dünyaya gətirən qadın çağanı plastik torbaya qoyaraq ağzını bağlayıb. Bundan sonra o, yeni doğulan uşağını yaxınlıqdakı zibil qutusuna atıb. Bundan sonra oyuna davam edib. Polis tərəfindən saxlanılan qadının uşaq qatili kimi məhkəmə qarşısına çıxarılacağı bildirilir. Qeyd edək ki, Cənubi Koreya hökumətindən verilən məlumata görə, ölkə əhalisinin 2 milyondan çoxu internet aludəçisidir. Bu bağlılıq artıq bir neçə dəfə ölümlə nəticələnib. Belə ki, 2010-cu ildə ana internetdə oyun oynamaqdan yorulduğu üçün üç yaşlı oğlunu öldürmüşdü. Həmin il 15 yaşlı gənc ona internetdə az oynamağı tapşıran anasını qətlə yetirərək, intihar etmişdi. 41 yaşlı ər-arvadi isə oyuna başları qarışdıqları üçün uşaqlarına yemək verməyi unudublar. Bununla da öz övladlarının ölümünə yol açdıqları üçün 2 il həbs cəzası almışdılar.

Ans Press

OXŞAR XƏBƏRLƏR