“İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda tədbir keçirilib.AZXEBER.COM xəbər verir ki, Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin (MİTDİB) təşkil etdiyi konfransa KİV nümayəndələri, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.Layihənin icraçısı Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd internet üzərindən xəbər yayan informasiya istehsalçılarında və ümumilikdə internet istifadəçilərində yayılan informasiyalara görə, yaranan hüquqi məsuliyyət barədə maarifləndirmə işi aparmaqdır. Tədbirdə çıxış edən Ayaz Niyazioğlu belə məsələlərdə ölkənin milli maraqlarının əsas götürülməli olduğunu vurğulayıb.