İnternetdə yeni "bomba": - "Bağışla, sənə xəyanət etmişəm"

DÜNYA
17:06 21.11.2013
2996
YouTube videoservisində zarafat və ələsalma videoları, prankları ilə populyar olan Roman Etvud bu dəfə də qalmaqalın əks olunduğu video yayıb.
o, sevgilisi ilə Aruba kurortundakı otel nömrəsində çəkilmiş videozarafatla yeni rekorda yaxınlaşır.
Videoda Roman tanışlıqlarının 5 illiyini qeyd etdiyi sevgilisi Britniyə yaxınlaşır və deyir: "Bağışla, amma sənə deyiləsi sözüm var. Bilirsənmi... Bir sözlə, sənə xəyanət etdim. O qadını artıq unutmuşam, səni sevirəm. Amma xəyanət etdim".
Bundan sonra qalmaqal başlayır, Britni ağlayır, hönkürür, sonra Romana söyməyə başlayır.
"Britni sonucda bütün bunların zarafat olduğunu anladı. Onunla ailə quracağam. Çünki mənim üçün dünyada Britnidən gözəl qadın yoxdur", - Roman deyib.
(Milli.az)

OXŞAR XƏBƏRLƏR