İnternetdən telefon aldı, saxta ətir çıxdı

DÜNYA
09:59 31.01.2013
1698
Sosial şəbəkə saytından ucuz telefon alan Türkiyə vətəndaşı fırıldaqçılığa məruz qalıb. Məlumata görə, 2 000 lirəlik (887 manat) telefonun saytda 399 lirəyə (177 manat) satıldığını görən Hatay sakini S.T. bu cihazdan sifariş verib. Zərərçəkmiş saytda, satılan məhslun qiymətinin o günə məxsus bir fürsət olduğunu, ertəsi gün bu qiymətə olmayacağının yazıldığını bildirib.“Baxaram, xoşuma gəlməsə almaram düşüncəsi ilə “Nəğd ödəniş”i seçdim. Amma məhsulu təhvil verın şəxs paketi açmağa imkan vermədən pulunu alıb getdi. Paketi açanda isə içində mobil telefon əvəzinə ətir görüb şok oldum” - deyə S.T. bildirib.Qeyd edək ki, zərərçəkmişin yaşadığı şok bununla məhdud qalmayıb. Çünkü paketdən çıxan ətir də saxta olub. “Göndərilən ətir çox pis iylənirdi. Satış qiyməti 160 lirə (70 manat) olan ətirin də saxtasını yollamışdılar. Artıq sifarişi verdiyim şəxslər zənglərimə cavab vermirlər. Onsuzda paketdən hər hansı bir qaimə və ya müqavilə də çıxmamışdı”.

OXŞAR XƏBƏRLƏR