İnterpol rəhbəri: “Vaksinasiyanın başlanması ilə cinayətlər xeyli artacaq”

SAĞLAMLIQ
20:59 21.12.2020
817
İnterpolun baş katibi Yürgen Ştok koronavirusa qarşı peyvənd tədarükü zamanı cinayət fəaliyyətinin artacağını proqnozlaşdırıb.

O, bu barədə "Wirtschaftswoche” nəşrinə açıqlamasında bildirib.

"Peyvənd 2021-ci ilin maye qızıldır. Gələn il paylanacaq ən qiymətli şeydir. Mafiya və digər cinayətkar təşkilatlar artıq buna hazırlaşıblar. Vaksinasiyanın başlanması ilə cinayətlər xeyli artacaq. Oğurluqlar, saxlanc yerlərinin qarət edilməsi, peyvənd dozaları daşıyan nəqliyyat vasitələrinə hücumların şahidi olacağıq, qiymətli materiallara daha tez çatmaq üçün bir çox yerdə iri korrupsiyalaşma olacaq. Qeyd edim ki, hələ vaksinlər qeydə alınmadan cinayətkarlar saxta peyvəndlər yayırdılar”, - o deyib.

Ştokun sözlərinə görə, koronavirus pandemiyası ümumilikdə cinayətkarlara yeni imkanlar yaradıb və "cinayət pandemiyası” ilə nəticələnib.

"Uzun polis karyeramda belə fenomen görməmişəm: virus Asiyadan bütün qitələrə yayılır və bunun ardınca kriminal dalğası, belə dəsək, paralel cinayət pandemiyası başlayır. Cinayətkar qruplar ilk dəqiqələrdən COVID-19 sayəsində necə varlana biləcəkləri barədə düşünməyə başladılar. Məsələn, saxta dərmanlardan əvvəl onlar saxta dezinfeksiyaedicilərə, guya antiviral olan dərmanlara və aşağı dərəcəli qoruyuculuq qabiliyyəti olan maskalara keçdilər. Martda istehsalat piratlığına qarşı 90 ölkənin fəaliyyətini koordinasiya etməyə başladıqdan sonra bu günə qədər 15 milyon ABŞ dollar dəyərində saxta qoruyucu tibbi materiallar müəyyən etmişik”, - o söyləyib.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 12.02.2025

Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb