İnterpolun axtardığı azərbaycanlı SAXLANILDI

İnterpolun axtardığı azərbaycanlı SAXLANILDI
SOSİAL
14:49 10.08.2025
195
Gürcüstanın Marneuli rayonunda 1986-cı il təvəllüdlü R.A. adlı Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, mütəşəkkil dəstəyə üzv olmaqda və sağlamlığa zərər vurmaqda təqsirli bilinən həmin şəxs 2013-cü ildən Azərbaycan tərəfindən İnterpolun "qırmızı bülleten”i ilə axtarışdadır.

Hazırda saxlanılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiyadan öncəki prosedurlar həyata keçirilir.
//modern.az
OXŞAR XƏBƏRLƏR