İntihar etdiyi deyilən əsgərin anası danışdı: 'İki gün əvvəl o mənə dedi ki...'

İntihar etdiyi deyilən əsgərin anası danışdı:
Bütün Xəbərlər
13:10 21.04.2013
11361
4 ay əvvəl Gəncədən əsgərliyə çağırılmış Emin Quliyevin meyiti aprelin 20-si axşam saatlarında evlərinə gətirilib. Meyiti gətirən hərbçilər ölümün səbəbi barədə bir söz deməyiblər. Anası Solmaz Quliyeva deyir ki, oğlu ilə 2 gün əvvəl danışıb:"O, xidmət yerinin dəyişdirilməsini istədi, amma səbəbini açıqlamadı. Yalnız şirniyyat bişirib göndərməyimizi istədi". Solmaz Quliyeva iddia edir ki, Emin çox iradəli və zəhmətkeş uşaq olub, özünü öldürəcək bir səbəb olmayıb:"Oğlumu kiminsə yerinə bada veriblər. Onun gözünün birinin mənfi 1, o birinin isə mənfi 3 olmasını hərbi komissarlıq da təsdiqləyib. Lakin yenə də orduya aparıblar".Emin Quliyev aprelin 21-də dəfn olunacaq.Fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır.
OXŞAR XƏBƏRLƏR