Hadisə ABŞ-da baş verib
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan Betsi Davis yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkir. 41 yaşlı qadın ağrılara dözə bilmədiyi üçün intihar etmək qərarına gəlib.
Ölmədən öncə dostlarına məktub yazaraq onları son dəfə görmək istədiyini bildirib : " Vida partisi təşkil edirəm. Sadəcə bir şərtim var. Heç kim partidə ağlamasın ".
2 gün davam edən partidən sonra Betsi həkimlərin nəzarəti altında dərman içərək intihar edib.