İntihar etmək istəyən qızı belə xilas etdilər - ANBAAN VİDEO

SOSİAL
09:21 19.11.2021
860
Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə bir nəfərin Bakı şəhəri, Xətayi rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən və tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, FHN-in xüsusi riskli xilasetmə xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər danışıqların taktikasını müəyyən edərək intihara cəhd edən şəxslə psixoloji söhbətlərə başlayıblar.

Aparılan danışıqlar nəticəsində intihara cəhd edən qız özünə qəsd etmək fikrindən daşınıb.

OXŞAR XƏBƏRLƏR