Çinin Dövlət Xəstəliklərlə Mübarizə və Nəzarət Mərkəzi yeni hesabatını açıqlayıb.
Ölkədəki ölümlərin 3,6 faizinin səbəbi intihardır. Ölkədəki intiharların 75 faizi kəndlərdə və əyalətlərdə baş verir. "Səmaaltı imperiya"da həyatlarına könüllü son qoyan qadınların sayı kişilərlə müqayisədə 25 faiz artıqdır. Halbuki inkişaf etmiş ölkələrdə intihar edən kişilərin sayı qadınlarla müqayisədə 3 dəfə çoxdur. İntiharlar 15-34 yaşlılar arasında ölümlər arasında ilk yeri tutur. Çində hər il 12 milyon insan intihara cəhd edir. Bu isə 50 il əvvəllə müqayisədə 60 faiz çoxdur.
//milli.az