İntiqam Əliyevin məsələsi müzakirə olunacaq - ÖZƏL

SİYASƏT
14:31 12.11.2014
2502
Bu gün İşçi Qrupun iclası keçirilir
Bu gün parlamentdə insan haqları üzrə İşçi Qrupun iclası keçirilir. AZXEBER.com-a daxil olan ekslklüziv məlumata görə, günün ikinci yarısı baş tutacaq iclasda bir sıra məsələlər ətrafında müzakirələr aparılacaq.
Məlumatda bildirilir ki, aparılacaq müzakirələrin gedişində gündəmə gətiriləcək əsas məsələlərdən biri ağır xəstə olan məhbusların barələrində seçilmiş qərarın dəyişdirilərək azadlığa çıxmaları olacaq. 
Qeyd edək ki, məlumatda xəstəliyi ilə əlaqədar barəsində seçilmiş qərarın dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması ilə əlaqədar Hüquq Maarifçiliyi Cəmiyyətinin sədr İntiqam Əliyevin adı çəkilir. Bundan başqa, bir müddət əvvəl barəsində seçilmiş qərarın dəyişdirilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət etmiş İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovun da barəsində seçilmiş qərarın dəyişdirilərək ev dustaqlığı əvəzlənməsi məsələsi də müzakirə olunacağı gözlənilir.
Digər məsələlərin də müzakirə olunacağı iclasda quruma daxil olmuş bir sıra müraciətlər ətrafında da fikir mübadiləsi aparılacağı bildirilir.
Azxeber.com
OXŞAR XƏBƏRLƏR