Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına beş idman növünün daxil edildiyini təsdiqləyib.
IOC-un İcraiyyə Komitəsi qərarına əsasən, bayraqlı futbol (Amerika futbolunun təmassız versiyası), kriket, lakross, skvoş və beysbol/softbol proqrama salınıb.
IOC prezidenti Tomas Bax təklif edilən növlərin ABŞ-ın idman mədəniyyətinə tam uyğun olduğunu bildirib.
Qeyd edək ki, olimpiadanın 2028-ci il 14 iyul - 30 iyulda keçirilməsi planlaşdırılır.