İsrail qüvvələri çərşənbə axşamından bu gün səhərədək İordan çayının qərb sahilində 20 fələstinlini həbs edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərdə baş tutub.
İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabrdan işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.
İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərləri və işğalçı yəhudilərin hücumları nəticəsində 491 fələstinli həyatını itirib.
Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində saxlanılan fələstinlilərin sayı 8535-ə yüksəlib.
Gülay