İordaniya hava məkanına daxil olan iki PUA-nı vurub

İordaniya hava məkanına daxil olan iki PUA-nı vurub
DÜNYA
18:44 27.07.2026
101
İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanını hədəf alan iki pilotsuz uçuş aparatının (PUA) Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

Bu barədə İordaniyanın "Petra” dövlət agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, PUA-ların ələ keçirilməsi və məhv edilməsi əməliyyatı nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.

Məlumatda pilotsuz aparatların kim tərəfindən buraxıldığı barədə məlumat verilməyib.

Hadisə İran və ABŞ arasında qarşılıqlı hücumların artıq üçüncü gecədir dayandırıldığı bir vaxta təsadüf edib.
OXŞAR XƏBƏRLƏR