İordaniya İsraili Qəzzaya yardım aparan maşınlara hücum etməkdə günahlandırıb

İordaniya İsraili Qəzzaya yardım aparan maşınlara hücum etməkdə günahlandırıb
DÜNYA
23:37 04.08.2025
306
İordaniya tərəfi İsraili Qəzza zolağına humanitar yardım aparan yük maşınlarına hücum etməkdə günahlandırıb.

Bu barədə İordaniya hökumətinin sözçüsü, rabitə naziri Məhəmməd əl-Momani danışıb.

O qeyd edib ki, İsrail qüvvələri humanitar yük daşıyan maşınların anklava getməsinə mane olur.

Momaninin sözlərinə görə, avqustun 3-də bir neçə yük maşını İsrailin maneələri səbəbindən geri dönmək məcburiyyətində qalıb.

O, İsrailin aqressiv davranışı nəticəsində yaralananlaırn olduğunu bildirsə də, təfərrüatı açıqlamayıb.

/report
OXŞAR XƏBƏRLƏR