İordaniyanın Vəliəhd Şahzadəsi İlham Əliyevi təbrik edib

İordaniyanın Vəliəhd Şahzadəsi İlham Əliyevi təbrik edib
SİYASƏT
11:50 25.12.2025
93
İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".
OXŞAR XƏBƏRLƏR