iPhone 15 bu rənglərlə istifadəçiləri təəccübləndirə bilər

MARAQLI
13:52 07.09.2023
367
"Apple” iPhone seriyasının ən son modellərini buraxmaq üçün son hazırlıqları gördükcə, yeni məlumatlar da sızmaqdadır. 

AZXEBER.COM xəbər verir ki, "Apple”ın 12 sentyabr keçirəcəyi tədbirdə təqdim olunacaq yeni modellər texnologiya həvəskarlarını həyəcanlandırıb.

Son iddialara görə, "Apple” iPhone 15-i yeni rənglərdə təqdim etməyə hazırlaşır. 

"X” sosial şəbəkəsində mavi, qara, sarı, çəhrayı və ağ olduğu iddia edilən iPhone 15-in beş rəngini əks etdirən video paylaşılıb.

Əksər istifadəçilərin darıxdırıcı göründüyü rənglərə baxmayaraq, iPhone 15-in Dynamic Island, USB-C portu və 48 meqapiksellik əsas kamera kimi maraqlı yeni xüsusiyyətlərə sahib olduğu deyilir. iPhone 14 kimi, telefonun da 6,1 və 6,7 düymlük versiyalarda təqdim ediləcəyi gözlənilir.

Ayşən

OXŞAR XƏBƏRLƏR