Uzun illərdir smartfon bazarında hökmranlıq edən "Apple” yeni məhsullarını bazara çıxararaq yenidən texnologiya həvəskarlarının diqqətini çəkib.
AZXEBER.COM xəbər verir ki, lakin bir müddətdir ki, şirkət yeni iPhone-larla bağlı şikayətlər alır. "Apple” proqram xətası problemlərinin olduğunu etiraf edib.
Texnologiya nəhəngi bir səhv olduğunu və "Instagram” və "Uber” kimi məşhur proqramların telefonun istiləşməsinə səbəb olduğunu açıqlayıb.
Kaliforniyada yerləşən şirkət, cihazların narahat şəkildə istiləşməsinin qarşısını almaq üçün iOS17 sistemi üçün yeniləmə üzərində işlədiyini söyləyib.
Gülay