“iPhone 15 Pro Max” gözləniləndən gec satışa çıxacaq

“iPhone 15 Pro Max” gözləniləndən gec satışa çıxacaq
MARAQLI
15:34 28.08.2023
447
"iPhone 15 Pro Max” modelinin digərlərindən 3-4 həftə gec satışa çıxacağı deyilir.

AZXEBER.COM xəbər verir ki, ABŞ-nin texnologiya nəhəngi "Apple” şirkəti maraqla gözlənilən iPhone 14 modellərini keçən ilin sentyabrında təqdim edib.

2023-cü ildə təqdim edilməsi gözlənilən "iPhone 15” seriyasının mümkün çıxış tarixi ortaya çıxsa da, seriyanın bütün modelləri eyni anda gəlməyəcək.

İddialara görə, "iPhone 15 Pro Max” modeli şəkil sensorunda yaranan problemlər səbəbindən seriyanın digər modellərindən bir qədər gec satışa çıxacaq. Mənbələrə görə, bu gecikmə təxminən 3-4 həftə çəkə bilər.

Digər tərəfdən, "Apple” iPhone-ları sentyabrın 13-də elan edərsə, ilkin sifarişlərin 15 sentyabr cümə günü, telefonların isə bir həftə sonra, 22 sentyabrda satışa çıxacağı gözlənilir.

Ayşən
OXŞAR XƏBƏRLƏR