iPhone 6 cibdə yandı - VİDEO

DÜNYA
13:44 22.10.2014
2133
iPhone 6 və iPhone 6 Plus smartfonlarının əyilə bilmək xüsusiyyəti barədə artıq xəbərlər yayılıb.Apple şirkəti isə məlumatları təkzib edərək bildirmişdi ki, belə bir kütləvi problem yoxdur. Ancaq bu günlərdə İnternetdə yayılan görüntülər şirkətin təkzibini boşa çıxarıb. İstifadəçilərdən biri cibindəki smartfonun əyilməsindən sonra çox heyfsilənib. Onu xeyli xərcə salıb keyfiyyətsiz mal satan Apple-dən qisasını həmin görüntüləri İnternetdə yaymaqla alıb.
 
ABŞ-ın Arizona ştatının sakini Filipp Xehter velosipedlə gəzinti zamanı yıxılıb. Ayağı tramvay relsinə dəyəndə cibində iPhone-u da olub. Zərbədən əyilən telefon yanmağa başlayb. Oğlanın alt paltarı və şalvarı da yanıb. Ayağında da ikinci dərəcəli yanıq xəsarəti qalıb. (milli.az)
OXŞAR XƏBƏRLƏR