“Bu andan etibarən Ümid Partiyasının sıralarından istefa barədə qərar qəbul eləmişəm.”
AZXEBER.COM-un məlumatına görə, bu sözləri Ümid Partiyasının sədr müavini, jurnalist Aynur İmranova “facebook” profilində yazıb. O artıq Ümid partiyasının sıralarında olmadığını bildirib:
“Açıqlamaq istəyirəm ki, bu andan etibarən Ümid Partiyasının sıralarından istefa barədə qərar qəbul eləmişəm. Mən başda İqbal Ağazadə olmaqla bütün Ümidçilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıram”.
Qeyd edək ki, onun hansı səbəbdən belə bir qərar alması hələlik məlum deyil.