Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadənin 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.
Bu barədə lent.az-a İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə məlumat verib. Xatırladaq ki, bu dairədən YAP-ın namizədi Cavid Osmananovun da namizədliyi qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin olunub. Onu da bildirək ki, İ.Ağazadə ötən il keçirilən parlament seçkilərində 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd olmuşdu.
Həmin dairədən ASDP sədri Araz Əlizadə deputat seçilib.