İqbal Məmmədov, Nəriman Əliyev və ... –Ən çox tənqid olunan deputatlar onlardı - SİYAHI

SOSİAL
15:58 03.06.2016
2447

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

AZXEBER.COM Media Təqib Mərkəzinin deputatlarla bağlı may ayı üzrə məlumatlarını təqdim edir.2016-cı ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 25621 xəbər yerləşdirilib. Bunlardan 293 xəbər mənfi, 8 xəbər müsbət və 25320 xəbər isə neytraldır.Mənfi xəbərlər arasında liderlər: İqbal Məmmədov (106 xəbər – Lerik rayonunda sakinlərin şikayəti, rayonu yazılmamış qanunlarla idarə etməsi, deputatın yaratdığı anarxiyanın pik həddə çatması və s.), Cavanşir Paşazadə (49 xəbər – şikayət, qanunları kobud şəkildə pozması iddiası), Nəriman Əliyev (49 xəbər - seçiciləri Eldar Mahmudovla əlaqəsi, mandatını itirməsi təhlükəsi). Müsbət xəbərlər isə Cavanşir Feyziyevə (8 xəbər – deputata Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim edilib) məxsusdur.Xəbər sayına görə sıralama:1. Mehriban Əliyeva - 4264 xəbər2. Rövnəq Abdullayev - 1867 xəbər3. Oqtay Əsədov - 1212 xəbər4. Qənirə Paşayeva - 923 xəbər5. Bahar Muradova - 913 xəbər6. Zahid Oruc - 809 xəbər7. Vahid Əhmədov - 732 xəbər8. Siyavuş Novruzov - 708 xəbər9. Cavid Qurbanov - 707 xəbər10. Əflatun Amaşov - 633 xəbərYazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2894 xəbər dərc edilib. Bu xəbərlərdən 2878-i neytral, 16-sı isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Mirkazım Kazımova (13 xəbər - “Azadlıq” qəzetinə borcunu ödəməməsi), Cavid Qurbanov (2 xəbər – özgə əmlakını mənimsəməsi iddiası), Cavanşir Paşazadə (1 xəbər – şikayət) və Siyavuş Novruzova (1 xəbər – yalan danışması iddiası) məxsusdur. May ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.Xəbər sayına görə sıralama:1. Mehriban Əliyeva - 455 xəbər2. Siyavuş Novruzov - 147 xəbər3. Oqtay Əsədov - 135 xəbər4. Bahar Muradova - 133 xəbər5. Rövnəq Abdullayev - 114 xəbər6. Əflatun Amaşov - 93 xəbər7. Vahid Əhmədov - 80 xəbər8. İsa Həbibbəyli - 77 xəbər9. Zahid Oruc - 65 xəbər10. Cavid Qurbanov - 57 xəbərMay ayında televiziya kanallarında deputatlar haqqında 2678 xəbər göstərilib.Xəbər sayına görə sıralama:1. Mehriban Əliyeva - 333 xəbər2. Rövnəq Abdullayev - 131 xəbər3. Bahar Muradova - 125 xəbər4. Oqtay Əsədov - 122 xəbər5. Əflatun Amaşov - 106 xəbər6. Siyavuş Novruzov - 101 xəbər7. İsa Həbibbəyli - 97 xəbər8. Qənirə Paşayeva - 94 xəbər9. Cavid Qurbanov - 87 xəbər10. Elman Nəsirov - 87 xəbərRadio kanallarında may ayında bu sektorla əlaqəli 216 xəbər verilib.Xəbər sayına görə sıralama:1. Mehriban Əliyeva - 110 xəbər2. Rövnəq Abdullayev - 31 xəbər3. Oqtay Əsədov - 21 xəbər4. Ziyafət Əsgərov - 11 xəbər5. Cavid Qurbanov - 9 xəbər6. Bahar Muradova - 7 xəbər7. Elman Nəsirov - 5 xəbər8. Əli Hüseynli - 4 xəbər9. Siyavuş Novruzov - 3 xəbər10. Vahid Əhmədov - 3 xəbərXatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

OXŞAR XƏBƏRLƏR