Yeni araşdırmaya görə, son 20 ildə həm quraqlıq, həm də daşqınlar artıb, çünki qlobal temperatur rekord səviyyəyə yüksəlib.
AZXEBER.COM xəbər verir ki, NASA alimlərinin yeni araşdırması getdikcə daha tez-tez baş verən, geniş yayılmış və intensiv olan quraqlıq və daşqınların iqlim böhranı ilə əlaqəli olduğunu ortaya çıxarıb.
Araşdırmada iqlim böhranı sürətləndikcə bu cür fəlakətlərin artacağı bildirilib.
Tədqiqatın aparıcı müəllifi Matthew Rodell NASA-nın 2002-ci ildən 2021-ci ilə qədər olan 20 illik peyk məlumatlarına baxaraq, Yer kürəsində su ilə bağlı ekstremal hadisələrin ölçüsünü, müddətini və şiddətini təhlil edib.
Bu çərçivədə 505 ekstremal yağış hadisəsi və 551 ekstremal quraqlıq hadisəsi araşdırılıb ki, bunların təxminən 70 faizi altı ay və ya daha az, təxminən 10 faizi isə bir ildən çox davam edib.
Alimlər 2015-ci ildə rekord temperatur tendensiyası başlayandan bu ekstremal hadisələrin intensivliyi və tezliyinin artdığını aşkar ediblər.
Araşdırmada bu qənaətin doğruluğunu təmin etmək üçün təhlillər etdiklərini ifadə edən Rodell təhlillər nəticəsində iqlim böhranının təsirlərinin digər təbii göstəricilərdən daha güclü olduğunu təsbit etdiklərini söyləyib.
Araşdırmanın təfərrüatları "Nature Water” jurnalında dərc olunub.
Ayşən