“İqlim Diplomatiyası: COP29 Mirası” adlı növbəti tədbir İstanbulda “Camlı Köşk”də baş tutdu

“İqlim Diplomatiyası: COP29 Mirası” adlı növbəti tədbir İstanbulda “Camlı Köşk”də baş tutdu
SOSİAL
11:58 12.08.2025
347
"İqlim Diplomatiyası: COP29 Mirası” adlı növbəti beynəlxalq tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, "Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyəti, Uluslararası Yeşilay Federasiyasının tərəfdaşlığı ilə İstanbulun "Camlı Köşk” məkanında həyata keçirildi.

Tədbirdə COP29-un yaratdığı beynəlxalq əməkdaşlıq imkanları, iqlim dəyişikliyinin qlobal təsirləri, qida təhlükəsizliyi və vətəndaş cəmiyyətinin bu prosesdə rolu geniş müzakirə olundu. Açılış və panel çıxışlarında Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, beynəlxalq təşkilat rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər.

Açılış nitqi ilə çıxış edən "Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev vurğuladı ki, "COP29-un mirası bizə göstərir ki, iqlim dəyişikliyi ilə mübarizə yalnız hökumətlərin deyil, vətəndaş cəmiyyətinin də üzərinə məsuliyyət qoyur. Gənclər olaraq bu mübarizədə ön sırada olmağa hazırıq.”

Ardınca Türkiyə Yeşilay Cəmiyyəti sədr müavini, Uluslararası Yeşilay Federasiyası baş katibi Dr. Mehmet Güllüoğlu bildirdi ki, "İqlim dəyişikliyi ekoloji məsələ olmaqla yanaşı, sosial məsuliyyətdir. STK-ların əməkdaşlığı və beynəlxalq həmrəylik bu mübarizənin uğuru üçün vacibdir.”
Azərbaycanın İstanbuldakı konsulu Kənan Abbasov qeyd etdi ki, "COP29 Azərbaycanın qlobal iqlim gündəmində rolunu gücləndirdi. Bu tədbir ölkələrimiz arasındakı dostluq və yaşıl əməkdaşlığı daha da möhkəmləndirir.”

Qida Təhlükəsizliyi Hərəkatının sədri və layihə rəhbəri Məhsəti Hüseynova çıxışında vurğuladı ki, "İqlim dəyişikliyi birbaşa kənd təsərrüfatı və qida təhlükəsizliyinə də təsir göstərir. Maarifləndirmə və məsuliyyətli davranış hər birimizin üzərinə düşən vəzifədir.”
Türkiyə Yeşilay Cəmiyyəti Beynəlxalq Əməkdaşlıq müdiri Sedef Erçetin qeyd etdi ki, "İqlim dəyişikliyi yalnız təbiətə deyil, insanların gündəlik həyatına da təsir edir. Sağlam və davamlı gələcək üçün birlikdə addımlamalıyıq.”

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə çıxışında bildirdi ki, "Bu tədbirlər Azərbaycan və Türkiyə arasında vətəndaş cəmiyyəti əməkdaşlığını gücləndirir. Birgə fəaliyyətimiz gələcək nəsillər üçün dəyərli miras olacaq.”
"BulTürk” Derneği rəhbəri Rafet Ulutürk vurğuladı ki, "İqlim diplomatiyasında uğur yalnız beynəlxalq əməkdaşlıqla mümkündür. STK-ların birliyi bu yolda əvəzsiz rol oynayır.”

Gənclərin Töhfəsi İctimai Birliyinin idarə heyətinin üzvü, ekoloq Mirsirac Siraclı çıxış edərək bildirdi ki, "Gənclər iqlim diplomatiyasının əsas hərəkətverici gücüdür. COP29-un mirası bizə göstərir ki, ekoloji təşəbbüslərdə gənclərin iştirakı davamlı gələcək üçün vacibdir.”
Tədbirdə COP29-a həsr olunmuş layihə çərçivəsində hazırlanmış video-süjet iştirakçılara təqdim olundu. Tədbirin sonunda bütün rəsmi qonaqlara təşəkkür plaketləri təqdim edildi. Həmçinin iştirakçılar üçün mövzuya dair maarifləndirici yarış təşkil olundu və qaliblər simvolik hədiyyələrlə təltif olundu.
Bu beynəlxalq platforma COP29-un mirasını davam etdirmək, region ölkələrinin gənclərini və vətəndaş cəmiyyətini iqlim mübarizəsində bir araya gətirmək baxımından mühüm əhəmiyyət kəsb etdi.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb