İqor Korotçenko: “KTMT-nin yaxud Rusiyanın bu münaqişəyə müdaxilə etməsi üçün heç bir əsas yoxdur”

İqor Korotçenko: “KTMT-nin yaxud Rusiyanın bu münaqişəyə müdaxilə etməsi üçün heç bir əsas yoxdur”
SİYASƏT
20:14 05.10.2020
1169

Ermənistan Müdafiə Nazirliyi KTMT-yə "Azərbaycanın Ermənistana təcavüzü barədə faktlar” təqdim edəcəyini açıqladı. Söhbət hansısa naməlum dronlardan gedir.

Öz növbəsində Prezident İlham Əliyev də Azərbaycanın Ermənistan ərazisində hərbi hədəflərinin olmadığını bildirdi.

İndi İrəvanın KTMT-ni proseslərə cəlb etmək üçün əsasları varmı?

Media.Az bu sualla "Milli müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü İqor Korotçenkoya müraciət edib:

- KTMT-ni və ya Rusiyanı bu münaqişəyə cəlb etməyə və ya güc yolu ilə müdaxilə etməsi üçün heç bir səbəb yoxdur. Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan hərbi birləşmələri arasında döyüşlər Azərbaycan ərazisində aparılır. Yeri gəlmişkən, vaxtaşırı Azərbaycan şəhərləri Ermənistan ərazilərindən atəşə tutulur. Bizim hazırda üzləşdimiyiz vəziyyət bax budur. Bir daha təkrar edirəm, beynəlxalq hüquq baxımından hərbi əməliyyatlar Azərbaycan Respublikasının ərazisində, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılır.

Türkiyənin "F-16”sının erməni təyyarəsini vurduğuna dair iddialar yada düşür. Üstündən bir neçə gün keçib, ancaq İrəvan bunu təsdiq edən faktları ortaya qoymayıb. Müasir dünyada kəşfiyyat və nəzarət vasitələri olduğu bir dövrdə hansısa təyyarəni "səssizcə” vurmaq mümkündürmü?

- Belə faktlar yoxdur. Ermənistana məxsus "Su-25” hərbi hücum təyyarəsi vuruldu. Lakin üstündən bir neçə gün keçməsinə baxmayaraq, İrəvan buna dair heç bir dəlil təqdim etməyib.

Eyni zamanda, Azərbaycan şəhərləri atəşə tutulur...

- Biz istisna edə bilmərik ki, bu, Azərbaycanın cavab reaksiyasını doğurmaq üçün qəsdən edilir ki, rəsmi Bakı da eyni hərəkətlərə başlasın. Ardınca isə Nikol Paşinyan bəyan etsin: baxın, bizə hücum edildi. Ancaq düşünürəm ki, Moskvada vəziyyəti diqqətlə və səliqəli şəkildə izləyirlər. Rusiyanın bitərəfliyi təsdiqləndi. Biz bu hərbi əməliyyatda tərəflərdən heç birini dəstəkləmirik. Moskva yalnız siyasi və diplomatik yollarla münaqişənin dayandırılmasına kömək etməyə çalışır. Ancaq aydındır ki, bu ancaq bir müddətdən sonra mümkün olacaq. İndi, hərbi əməliyyatların kəskin mərhələsində tərəflər arasında danışıqların olacağına bel bağlamaq xəyaldır. Moskva münaqişənin siyasi yolla həllinə çağırış edərək bərabərlik və bitərəflik nümayiş etdirir. Yenə də təkrar edirəm, KTMT və Rusiyanın hərbi müdaxiləsi üçün heç bir əsas yoxdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
11:51 12.10.2026
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
11:49 12.10.2026
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
11:45 12.10.2026
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
11:39 12.10.2026
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR