"İqtidarla müxalifət arasında təmaslar üçün artıq vasitəçiyə ehtiyac duyulmur"

SİYASƏT
16:09 26.02.2025
376
"Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi "

"Siyasi partiyaların fəallığı və ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində iqtidar ilə müxalifət arasında işlək təmasların qurulması üçün artıq hər-hansı bir xarici təşkilata və ya vasitəçiyə ehtiyac duyulmur”.

Bunu Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.

Administrasiya rəsmisi deyib ki, qeyd olunan amil siyasi dialoqun ən böyük uğurlarından biridir və bu amil müstəqil siyasətin aparılması üçün tutarlı zəmindir: "Yeni münasibətlər sisteminin ideoloji bünövrəsini cəmiyyət və dövlətin inkişafı naminə etibarlı münasibətlər təşkil edir. Bu mənada siyasi dialoq əvəzolunmaz mahiyyətə malikdir. Prezidentin müvafiq Sərəncamı ilə 2025-ci il "Konstitusiya və suverenlik ili” elan edilib. Cari ilin bu cür adlandırılması bir daha ideoloji müstəvidə təbliğat işlərinin aparılmasını zəruri edir. Əlbəttə ki, dövlətçilik, suverenlik və millilik kimi ideoloji amillərin cəmiyyətdə doğru səpgidə aşılanması məsələlərində siyasi partiyalar fəal iştirak etməlidirlər. Əslində, bu cür məsələlər bizim birgə əməkdaşlıq əlaqələrimizin əsas istiqamətlərindən biri olmalıdır”.

Şöbə müdiri deyib ki, ötən 5 ildə siyasi partiyalarla birlikdə adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin yol qət edilib: "Etibarlı tərəfdaşlıq hamımızın böyük nailiyyətidir. Bu yolda çətinliklər olub, təxribatlar da yaşanıb, ancaq biz dövlət və cəmiyyətin inkişafı, habelə yaşanan həmrəylik mühitini qorumaq naminə bütün sınaqlardan keçdik. Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi”.

Həmrəylik mühitinin əsasları daha da güclənir

Şöbə müdiri qeyd edib ki, Prezident seçkilərində bütövlükdə Azərbaycan xalqı, o cümlədən siyasi partiyalar aktivlik nümayiş etdirib: "Xüsusi olaraq vurğulamaq istərdim ki, qeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülüb. Həmçinin, seçkilərdə siyasi partiyaların irəli sürdüyü müşahidəçi və məşvərətçilərin sayında əhəmiyyətli artım olub, 2018-ci il prezident seçkilərində 62 siyasi partiyadan 14 siyasi partiya 36.315 müşahidəçi və məşvərətçi ilə iştirak etdiyi halda, ötən ilin seçkilərində dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 19 siyasi partiya 51.756 müşahidəçi və məşvərətçi ilə iştirak edib. Beləliklə, siyasi partiyalar nəinki ölkənin siyasi həyatında, hətta müxtəlif müstəvilərdə birincilik uğrunda rəqabətdə də fəal iştirak edirlər”.

PA rəsmisi bildirib ki, bu rəqabət partiyaların siyasi institut kimi inkişafında əvəzolunmaz əhəmiyyətə malikdir: "Ölkədə formalaşmış yeni siyasi mədəniyyətin bariz nümunəsi olaraq ilk dəfə Prezident seçkilərindən sonra 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffaf keçirilməsi haqqında bəyanat verərək namizədi təbrik ediblər. Bu, olduqca önəmli məsələdir. Məhz bu cür təcrübələrin inkişafı sayəsində demokratik ənənələrin dərinləşməsi baş verir və həmrəylik mühitinin əsasları daha da güclənir”.
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
23:56 26.02.2025
ABŞ və Rusiya İstanbulda görüşür: "Ukrayna müzakirə olunmayacaq" – Dövlət Departamenti
23:54 26.02.2025
Türkiyə kəşfiyyatı əməliyyat keçirdi - Reyhanlı terrorçusu saxlanıldı
23:52 26.02.2025
HƏMAS dörd girovun meyitini İsrailə təhvil verəcək
23:48 26.02.2025
Zelenski Ukrayna Ordusu Birləşmiş Qüvvələrinin komandanını vəzifəsindən azad edib
23:41 26.02.2025
"Beş dəqiqə içində anam canını tapşırdı" - İlkin hadisədən danışdı
23:27 26.02.2025
Bakıda valideynlə müəllim arasında mübahisə ÖLÜMLƏ BİTDİ: Dəhşətli hadisənin TƏFƏRRÜATI
22:59 26.02.2025
Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum olub
22:53 26.02.2025
Tramp: Ukrayna artıq NATO-ya üzvlüyü yaddan çıxara bilər
22:50 26.02.2025
Bakıda bu küçədəki dükanlar kütləvi şəkildə bağlanır - Səbəb nədir?
22:18 26.02.2025
Generalın 21 yaşlı oğlunun vəfatı ilə bağlı TƏFƏRRÜAT
22:16 26.02.2025
Məşhur aktrisa 39 yaşında vəfat etdi
22:11 26.02.2025
Tramp: ABŞ-nin Ukraynadakı əsas məqsədi qan tökülməsini dayandırmaqdır
22:05 26.02.2025
Tramp açıqladı: Zelenski cümə günü ABŞ-yə gələcək
21:56 26.02.2025
BOK prezidenti istefa verdi
21:47 26.02.2025
Paşinyan: Azərbaycanla sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb
21:38 26.02.2025
Bakının bu yollarında sürət həddi endirildi