İqtisad Universitetində kütləvi təmizləmə: Keçmiş rektora yaxın adamlar işdən çıxarılır

SOSİAL
15:24 22.06.2017
7251
Azərbaycan Dövlət İqtisaddiyat Universitetində 30-a yaxın şəxs işdən çıxarılıb.
 
Bu haqda AZXEBER.COM-a universitetdəki mənbə məlumat verilib. Mənbənin dediyinə görə, işdən çıxarılan şəxslər keçmiş rektor Şəmsəddin Hacıyevə yaxın şəxslərdi: "Universitetin yeni rektoru Ədalət Muradov özündən əvvəlki rektora yaxın şəxsləri işdən çıxarır. Rektor müxtəlif bəhanələrlə 30-a yaxın insanı işdən çıxarıb".
 
Universitetdən kənarlaşdırılan şəxslər sırasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorunun innovasiya və strateji inkişaf məsələləri üzrə məsləhətçisi Məhəmməd Cəmilov da var. Adıçəkilən şəxs UNEC-də bir çox innovativ layihələr həyata keçirib. Özünün müsahibəsində dediyinə görə, innovativ Biznes-İnkubator, Biznes Mərkəzi, Məzun Yarmarkaları, Məzun yarmarkaların Onlayn rejimdə təşkili, Karyera Mərkəzi, Virtual Müəssisə, "Bank işi” təlim laboratoriyası, "Maliyyə” təlim laboratoriyasında olan layihələrdə birbaşa iştirakı olub. Məhəmməd Cəlilovun işdən çıxarılması birbaşa Ədalət Muradovun tapşırığı ilə baş tutub və o keçmiş rektora yaxınlığına görə işdən çıxarılıb.
 
Mənbənin dediyinə görə, universitet daxilində fəaliyyət göstərən imtahan mərkəzində də köklü dəyişikliklər baş tutub. Belə ki, mərkəzin bir çox əməkdaşı işdən çıxarılıb. Buna səbəb isə universitetdə rüşvətin qarşısını almaq olub. Yeni rəhbərlik ilk növbədə islahatlara məhz bu nöqtədən başlayıb. İddiaya görə, Şəmsəddin Hacıyev özü rüşvət üçün bu adamlara zəmin yaradıb və bu səbəbdən mərkəz əməkdaşları işdən uzaqlaşdırılıb.  
 
Məsələylə bağlı İqtisad Universiteti ilə bağlı əlaqə yaratmağa cəhd etsək də, universitetin ictimaiyyətlə əlaqələr şöbəsi telefonlara cavab verməyib. 
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb