İqtisad Universitetinin Dərbənd filialının tələbələri 2 ildir diplomsuz qalıblar - VİDEO

SOSİAL
09:14 07.02.2025
132
İqtisad Universitetinin tələbələri diplomlarını ala bilmirlər.

AZXEBER.COM Xezerxeber-ə istinadən xəbər verir ki, 2023/24 cü tədris ili üzrə iqtisad universitetinin dərbəd filialının tələbələri 2 ildir ki, universiteti bitirsələr də amma diplom üzünə həsrət qalıblar.

Məzunlar bildirir ki, diplomu ala bilməmək onları çətin vəziyyətə salır.

Onların sözlərinə görə, problemlə bağlı dəfələrlə universitetə, həmçinin elm və təhsil nazirliyinə müracİət etsələr də, amma vəziyyət dəyişməyib.

Məsələ ilə bağlı İqtisad Universitetindən Xəzər xəbərə bildirildi ki, Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb. Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

OXŞAR XƏBƏRLƏR