İqtisad Universitetinin tələbəsi bıçaqlandı

İqtisad Universitetinin tələbəsi bıçaqlandı
SOSİAL
18:13 05.10.2016
3165
Bakıda universitet tələbəsi bıçaqlanıb.
 
"Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Məlumata görə, Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsi 25-də yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2 saylı yataqxanasında yaşayan Sənan Quliyev döş nahiyəsindən bıçaq xəsarəti alıb.
 
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. S.Quliyevi kimin bıçaqladığı hələlik məlum deyil. Faktla bağlı araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR