İqtisadiyyat Nazirliyindən icazələrin ləğv edilməsi ilə bağlı AÇIQLAMA

İqtisadiyyat Nazirliyindən icazələrin ləğv edilməsi ilə bağlı AÇIQLAMA
SOSİAL
18:57 05.07.2020
2992

İqtisadiyyat Nazirliyi fiziki və hüquqi şəxslərə müraciət edib.

Nazirlikdən AZXEBER.COM-a daxil olan məlumatda deyilir:

"Məlum olduğu kimi, "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə ölkə ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələri müəyyən edilib.

Həmin sahələrdə çalışan işçilərin işə çıxması üçün icazələrin verilməsi Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilən və Dövlət Statistika Komitəsinin "İqtisadi fəaliyyət növlərinin təsnifatı”na əsasən fəaliyyəti icazə verilən sahələrə uyğun şəkildə işəgötürənlərin "icazə.e-gov.az” portalına müraciəti əsasında həyata keçirilir. İcazələr həmçinin Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələri üzrə tələblər nəzərə alınmaqla verilir.

İcazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşlarımızın infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən iyulun 5-dən etibarən Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələblərə əsaslanaraq bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub.

İqtisadiyyat Nazirliyi bir daha hüquqi və fikziki şəxslərin nəzərinə çatdırır ki, icazələrin bir hissəsinin ləğv edilməsi ilə əlaqədar fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər icaze.e-gov.az portalına daxil olmaqla işçi heyətinin qeydiyyatl ilə bağlı məsələləri müəyyən edilmiş qaydalar çərçivəsində yenidən tənzimləməlidirlər. İcazələrin verilməsi zamanı əmək müqaviləsi ilə çalışan işçilərin sayı və təsnifat kodu əsas götürülür. Növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürən tərəfindən əvvəlcədən portala daxil olunmalıdır.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə icazə verilməmiş sahələr üzrə sistemə müraciət edilməsi mümkün deyildir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinə icazə verilən və xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda uçotda olan və ya təsərrüfat subyekti (obyekti) həmin şəhər və rayonlarda yerləşən vergi ödəyicisinin siyahısı "icazə.e-gov.az” portalına daxil edilməsi üçün real vaxt rejimidə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilir. İyulun 5-i 17.00-a olan məlumata görə, artıq "icazə.e-gov.az” portalında 38.348 işəgötürən tərəfindən 453.781 işçi sayına icazə alınıb.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İşəgötürən tərəfindən portala daxil edildikdən sonra narıncı zonaya aid olan ərazidə hərəkət etmək icazəsi olan şəxslər işəgötürən tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında həmin zonanı tərk edə bilərlər.

Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən fəaliyyətinə icazə verilmiş sahələrin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür (qərarın əlavəsi):

https://nk.gov.az/media/files/49339ee08e90baca9ebd88f55a5ba958.pdf

 

Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələrinin siyahısı ilə bu linklər vasitəsilə tanış olmaq mümkündür:

https://nk.gov.az/az/article/911/print/

https://cabmin.gov.az/media/files/a0d53995ef202836f886389f911971d3.pdf

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
16:15 04.11.2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
Prezident sərəncam imzaladı
15:59 04.11.2026
Prezident sərəncam imzaladı
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO
15:53 04.11.2026
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO
Hər doğulan uşağa 1500 manat veriləcək - Deputat artım haqda danışdı
15:52 04.11.2026
Hər doğulan uşağa 1500 manat veriləcək - Deputat artım haqda danışdı