Orta aylıq əməkhaqqı artdı
2026-cı ilin yanvar-fevral aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 1 099,1 manat təşkil edib.
AZXEBER.COM bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bundan əlavə, bu il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olmuş, onlardan 870,6 min nəfər...