İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olundu - FOTO

İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olundu - FOTO
SOSİAL
10:22 19.03.2021
302

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olunub.

 

Bu barədə AZXEBER.COM-a Abşeron RİH-nin mətbuat katibi Seymur Qasımov məlumat verib.

 

O bildirib ki, bir müddət öncə İ.Gülməmmədovaya peyvəndin birinci dozası vurulmuşdu. Lazımı müddət keçəndən sonra müvafiq olaraq 2-ci dozanın vurulması həyata keçirilib və peyvəndləmə başa çatıb. İ.Gülməmmədovanın səhhəti normaldır və vaksinasiyadan sonra hər hansı bir yan təsirlər müşahidə edilməmişdir.




OXŞAR XƏBƏRLƏR