xari

İradə Gülməmmədova reyd keçirdi - FOTO

SOSİAL
20:21 10.08.2020
1023

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Xırdalan şəhərindəki Heydər Əliyev Parkında, eləcə də fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi əraziləri gəzərək təbliğat işləri aparıblar.

AZXEBER.COM xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə işləri həyata keçirilib. RİH başçısı fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində, eləcə də küçə və prospektlərdə sakinlərlə söhbətləşib, onlara koronavirus (COVİD-19) pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumat verib. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.

Bundan əlavə, Abşeron rayonun hər kənd və qəsəbəsində könüllülərdən, icra nümayəndələrdən və polis əməkdaşlarından ibarət mobil qruplar yaradılıb. Həmin qruplar kənd və qəsəbələrdəki küçələri və marketləri, eləcə də icazəli şəkildə fəaliyyət göstərən obyektlərdə maarifləndirmə-təbliğat işləri həyata keçiblər. Bu işlər bundan sonra da mütəmadi şəkildə, fasilə vermədən davam etdiriləcək.

Eyni zamanda Xırdalan şəhərində, şəhərinin park və xiyabanlarında, prospekt və küçələrində, bank və markertlərin qarşısında mütəmadi olaraq dezinfeksiya tədbiləri həyata keçirilir. Hazırda Abşeronda epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı önləyici tədbirlərin reallaşdırılması diqqət mərkəzindədir. Qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil-kommunal İstismar Sahələrinin əməkdaşları tərəfindən binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya olunur.









OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:59 20.01.2021

“İslahatçı Gənclər” 20 yanvar şəhidlərini anıb: Şəhidlər Xiyabanı ziyarət edildi, onlayn konfrans keçirildi

22:48 20.01.2021

Cəlilabadda qar fəsadlar törədib

21:46 20.01.2021

Gənclərin İnkişaf və Karyera Mərkəzi 20 Yanvar Şəhidlərini yad edib - FOTOLAR

21:35 20.01.2021

ABŞ-ın yeni prezidenti : “Demokratiya qalib gəldi”

20:36 20.01.2021

DİN-in "Telegram" kanalında yenilik - FOTO

19:55 20.01.2021

Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – VİDEO

18:49 20.01.2021

İsrail səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

18:29 20.01.2021

Ziyalılar Prezidentə Eldar Həsənovun zaminə buraxılması ilə bağlı müraciət etdilər - FOTOLAR

18:07 20.01.2021

Siyavuş Novruzov: “Karxanada daş atıb, 10 manat alırdım”

18:05 20.01.2021

Nigar və Aygün bu dəfə şəhidlərə mahnı həsr etdi - Video

16:35 20.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

16:10 20.01.2021

“20 Yanvar qurbanlarının qarşısında baş əyirəm” - Paşinyan

16:07 20.01.2021

Əfv Komissiyasının üzvü: “Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir”

15:35 20.01.2021

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək

15:11 20.01.2021

Mikayıl Cabbarov: "2030-cu ilə qədər Azərbaycanda orta illik iqtisadi artım tempi 7 %-ə çatdırılacaq"

14:38 20.01.2021

DİN əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu