İradə Gülməmmədova video-konfrans keçirdi - FOTOLAR

İradə Gülməmmədova video-konfrans keçirdi - FOTOLAR
SOSİAL
12:03 15.04.2020
969
Abşeron rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın inzibati ərazi dairə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə videobağlantı vasitəsilə müşavirəsi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki,müşavirədə dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından rayon sakinlərinin qorunması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. İ.Gülməmmədova çıxış edərək respublikada koronavirus pandemiyasına qarşı ölkə rəhbərliyi tərəfindən aparılan işlər barəsində məlumat verib.
 
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni iş yerləri barəsində danışan icra başçısı bildirib ki, respublikanın bütün bölgələrində olduğu kimi Abşeron rayonunda da işsiz sakinlər işlə təmin olunacaq. Abşeronda bununla bağlı 1900 yeni iş yerinin yaradıldığını və onların 250 manat əmək haqqı ilə 2 ay müddəti üçün nəzərdə tutulduğunu qeyd edən başçı əhalinin işsiz təbəqəsi üçün ayrılan 190 manat məbləğində birdəfəlik yardımla bağlı məlumat verib. O bildirib ki, bu günə qədər rayon üzrə mindən çox sakin işsiz kimi qeydiyyatdan keçib.
 
Xüsusi karantin dövrü başlayandan rayon ərazisində 6000-dən çox ahıl, aztəminatlı sakinin gündəlik ərzaq malları ilə təmin edildiyini söyləyən İ.Gülməmmədova kənd və qəsəbələrdə bundan sonra da imkansız ailələrin qeydiyyatının aparılmasının və onların da ərzaq yardımları ilə təmin edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, rayon üzrə 179 nəfər 65 yaşından yuxarı kimsəsiz, tənha ahıl qeydiyyata götürülüb və onlara gündəlik olaraq sosial xidmət göstərilir. Rayon ərazisində COVİD-19 infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin bundan sonra da mütəmadi şəkildə davam etdirilməsinin vacibliyi diqqətə çatdıran İ.Gülməmmədova hazırda Saray qəsəbəsində koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə yeni modul tipli 200 çarpayılıq xəstəxananın inşa edildiyini xatırladıb.

Daha sonra kənd və qəsəbələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"